Bank

Azərbaycanda 11 bankın gəlirləri azalıb, 19-nun artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 11-nin ötənilki gəlirləri əvvəlki ilə nisbətən az olub. 

Bunlar "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Access Bank", "Azərbaycan Sənaye Bankı", Pakistan Milli Bankının Bakı filialı, "Bank Avrasiya", "Atabank", "Bank of Baku", "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (89,7%), ən az azalma isə "PAŞA Bank"da (0,2%) qeydə alınıb.

Qalan 19 bankın isə gəlirləri artıb. Ən yüksək dinamika "Bank BTB"də (59,5%), ən aşağı dinamika isə "Turan Bank"da (0,9%) qeydə alınıb.

4 BANKIN GƏLİRLƏRİ 100 MİLYON MANATDAN ÇOXDUR

2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün gəlirləri 100 milyon manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (531,16 milyon manat), "Kapital Bank" (458,413 milyon manat), "PAŞA Bank" (206,717 milyon manat) və "Xalq Bank"dır (119,092 milyon manat).

Qalan 26 bankdan 8-də gəlirlər 50-100 milyon manat arasında, 15 bankda 10-50 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)