Elm və Texnologiya

Mozilla Firefox gələn il Windows 7 və 8-in dəstəyini dayandıracaq

Mozilla elan etdi ki, Firefox brauzerinin 115-ci versiyası Windows 7, 8 və 8.1, həmçinin macOS 10.12, macOS 10.13 və macOS 10.14-ü dəstəkləyən sonuncu versiya olacaq. İstifadəçilər 2024-cü ilin sentyabr ayına qədər təhlükəsizlik yeniləmələrini alacaqlar, bundan sonra Mozilla köhnə əməliyyat sistemlərini dəstəkləməyəcək.

Firefox 115 bu ilin iyul ayında buraxılacaq, bundan sonra istifadəçilər Genişləndirilmiş Dəstək Relizinin və Uzunmüddətli Dəstək proqramlarının bir hissəsi kimi brauzeri yeniləyə biləcəklər.  Digər məşhur brauzerlər Google Chrome və Microsoft Edge artıq Windows 7, 8 və 8.1 üçün dəstəyi dayandırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)