Bank

İsveçrənin ən böyük bankının "Credit Suisse"i hansı tarixdə satın almaq istədiyi məlum olub

İsveçrənin ən böyük bankı UBS iyunun 12-dək Credit Suisse-ni satın almağı başa çatdırmaq niyyətindədir. Bu barədə şirkətin saytında məlumat verilib.

Məlumata görə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının səhmlərə şamil edilən qeydiyyat bəyanatını təsdiq edəcəyi təqdirdə əməliyyat tamamlanacaq. Eyni zamanda, UBS açıqlanmayan əməliyyat şərtlərini yerinə yetirmək və ya ondan imtina etmək hüququna malikdir.

UBS rəhbərliyi Credit Suisse (CS) ilə birləşməsindən birdəfəlik 34,8 milyard dollar gəlir əldə etməyi gözləyir. Gəlirlərin miqdarına, digərləri ilə yanaşı, bankın dəyərinin azalmasına səbəb olan CS-nin işgüzar nüfuzunun azalması da təsir edib.

Bundan əvvəl, İsveçrənin CS bankı rüblük hesabatlarında bu ilin ilk üç ayında 12,8 milyard frank gəlir əldə etdiyini bildirmişdi. Bu, daha çox kredit təşkilatının UBS ilə birləşməsi fonunda borc öhdəliklərinin silinməsi ilə bağlı olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)