Macarıstan şirkəti Azərbaycanda layihələrə 2 milyard dollar sərmayə qoyub
MOL Group-un icraçı vitse-prezidenti Jombor Marton bildirib ki, Macarıstanın MOL şirkətinin Azərbaycana son üç ildə yatırdığı investisiyalar 2 milyard dollar təşkil edib.
ENA.az xəbər verir ki, “"Azəri-Çıraq-Günəşli” layihəsi bizim üçün çeviklik, sabitlik və əməkdaşlıqdır. Biz SOCAR ilə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”, - deyə Marton bugün Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
o, AÇG layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlığın, MOL-un Mərkəzi Avropada neft emalı gücləri üçün xammal axtarışında şirkətə çevik siyasət yürütməyə imkan verib.
“Bu gün bizim neft emalı zavodlarımız hansı nefti emal edəcəyini, o cümlədən yüksək keyfiyyətli Azərbaycan neftini seçə bilər. Slovakiyadakı neft emalı zavodumuz emal üçün xammal kimi Rusiya neftindən istifadə edirdi. İndi biz bu müəssisə və Mərkəzi Avropada ümumi gücü 14 milyon ton olan digər emal zavodlarımız üçün Azərbaycandan neft idxal edirik. Bu, bizim Slovakiya neft emalı zavodumuza bir təchizatçıdan asılılığı azaltmağa imkan verdi”, - deyə o bildirib.
Marton əlavə etdi ki, MOL-un bir neçə dekarbonizasiya təşəbbüsü var.
Onun sözlərinə görə, MOL enerji səmərəliliyi, məişət tullantılarının emalı, təkrar emalı sahəsində zəngin təcrübəni Azərbaycanla bölüşməyə hazırdır.
Hazırda MOL-un AÇG layihəsində payı 9,57%, Bkü-Tbilisi-Ceyhan neft kəmərində isə 8,9% təşkil edir.