Yelo Bankın işçi heyəti və əmək haqqı xərcləri artıb

Yelo Bank işçilərinin sayı və müvafiq olaraq onlara ödənilən əmək haqları xərcləri artıb. ENA.az Bankın illik hesabatına istinadən xəbər verir ki, 2022-ci il dekabrın 31-nə Yelo Bankda 1 min 41 nəfər çalışıb. Belə ki, 2021-ci ilin sonuna olan 948 nəfər idi, 2022-ci ildə Yelo Bank işçilərinin sayını 9,8% artırıb.
Yelo Bank Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı Marina Kulişovadır (kapitalda 98,94% pay).
Bankın işçi heyətinə çəkdiyi xərclər isə 25 milyon 648 min manatdan 32 milyon 857 min manata yüksəlib.