Bank

Azərbaycan banklarının xarici borcları artıb

Azərbaycanda bank sektorunun xarici borcları artıb. ENA.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında öhdəliklərin həcmi ilin əvvəlinə nəzərən 782 mln. manat artaraq 2 milyard 544 mln. manat təşkil edib.

Xarici borclanmadakı bu artım əsasən qeyri-rezident bankların “loro” müxbir hesabları, həmçinin hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)