MALİYYƏ

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri artırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən iqtisadi fəaliyyətlə bağlı ayırmalar 2 milyard 511.701 milyon manat və yaxud 36.4 % artırılaraq 6 891.164 milyon manatdan 9 milyard 402.865 milyon manata çatdırılır.

Bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, iqtisadi və kommersiya fəaliyyəti xərclərinin dəyişdirilməyərək 56.02 milyon manat, geodeziya və faydalı qazıntı xərclərinin dəyişdirilməyərək 9.43 milyon manat, yanacaq və enerji kompleksi xərclərinin dəyişdirilməyərək 3.05 milyon manat saxlanılması, nəqliyyat və rabitə xərclərinin 31.501 milyon manat və yaxud 8.6 % azaldılaraq 366.882 milyon manatdan 335.381 milyon manata endirilməsi, tikinti və şəhərsalma xərclərinin 1 milyard 810 milyon manat və yaxud 32 % artırılaraq 5 milyard 651.97 milyon manatdan 7 milyard 461.97 milyon manata, iqtisadi fəaliyyətlə bağlı digər xərclərin isə 733.201 milyon manat və yaxud 91.2 % artırılaraq 803.811 milyon manatdan 1 537.012 milyon manata çatdırılması nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)