Bank

Əhalinin kredit kartlarına ehtiyacı artıb

Əhalinin kredit kartlarının artımı debet kartlarının artımını üstələyib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bank və “Azərpoçt” sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 219 min ədəd artaraq 14 milyon 465 minə çatıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 17.5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16.1%, kredit kartları üzrə 27.2% olub.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 105 min, kredit kartları 417 min, digər kartlar isə 1.6 mln. ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə yüksəlib.

2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3202 mln. Manata çatıb. Həyata keçirilən nağdsız ödənişlərin 2535 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 663 mln. manatı POS-terminallar, 4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department