ABŞ-dan Əliyev-Paşinyan görüşünə REAKSİYA
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərinin Moldovada görüşü öncəsi bəyanat yayıb.
Bu barədə Departamentin sözçüsü Metyu Miller bildirib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və ABŞ bunu görməkdən məmnundur.
Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Moldovada avropalı tərəfdaşları ilə görüşəcək.
“ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq.
Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”, - açıqlamada bildirilir.