Bank

“Bank Respublika”nın səhmdarlarının payı dəyişdi

“Bank Respublika”ASC-nin səhmdarlarının payında dəyişiklik olub. ENA.az bankın illik hesabatına istinadən xəbər verir ki, əsas səhmdar Natiq Quliyev payının 3,40%-ni Elçin Quliyevə, 1,06%-ni isə Namiq Quliyevə verib.

Nəticədə Natiq Quliyevin səhmlərdəki payı 67,75%-dən 63,29%-ə düşüb. Elçin Quliyevin payı 15,06-dan 18,46%-ə, Namiq Quliyevin 7,41%-dən 8,47%-ə qalxıb.

Beləliklə, “Bank Respublika”ASC-nin nizamnamə kapitalı 29,984 min ədəd adi səhmdən ibarətdir və bu səhmlərin hər birinin nominal dəyəri 2,45 AZN-dir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department