MALİYYƏ

AMB: "Sıxılma dövrünün sonuna yaxınlaşırıq"

Avropa Mərkəzi Bankının üzvü və İspaniya Mərkəzi Bankının sədri Pablo Hernandez de Cos, borclanma xərclərinin artım dövrünün sona yaxınlaşdığını söyləyib. 
ENA.az xarici mətbuata istinadən xəbər verir ki,  De Cos, monetar sərtləşdirmənin sona çatacağı mərhələyə yaxınlaşdıqlarını, "İnflyasiya hədəfimizə çatdığımızı görənə qədər faiz dərəcələri məhdudlaşdırıcı diapazonda qalmalıdır", - deyib.

İyul ayından etibarən faiz dərəcələrini 375 baz bənd artıran Avropa Mərkəzi Bankınını son 2 iclasında 25 baz bəndi ilə davam edəcəyi gözlənilir. Bəzi bank rəsmiləri sentyabrda daha çox artımların olmasını ehtimal edirlər. 

Bloomberg-in sorğusuna görə, bu həftə açıqlanacaq avro zonasında illik inflyasiya may ayındaki 7 faizdən 6,3 faizə düşəcək.

Avropa bankının prezidenti Kristin Laqard da yüksək inflyasiya ilə mübarizə aparmaq üçün lazım olan müddətcə bankın faiz dərəcələrini yüksək səviyyədə saxlayacağını bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)