Bank

Problemli kreditlər - AZALIB

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 585 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1%, ötən il yanvarın 1-nə nisbətən isə 2,6% azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2% təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4%, ötən ilin əvvəlinə isə 13,8% olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)