Marketinq və reklam

Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Unibank beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşlığa başlayıb. Bu tərəfdaşlıq çərçivəsində AKA Bank “Unibank”a 1 illik müddətə 5 milyon avro məbləğində kredit xətti ayırıb. Bu əməliyyatda “Unibank”ın məsləhətçisi kimi Quantum International çıxış edib.

Kredit vəsaitləri yerli şirkətlərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixracyönlü fəaliyyətin dəstəklənməsi, yerli sahibkarlığın inkişafı və bankın ümumi ticarət əməliyyatlarının gücləndirilməsi məqsədilə istifadə olunacaq. AKA Bank ilə bu tərəfdaşlıq çərçivəsində Unibank öz müştərilərinə daha rəqabətli və əlçatan maliyyələşmə imkanları təqdim edəcək.

Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: “AKA Bank ilə əməkdaşlığımız Unibank”ın beynəlxalq maliyyə institutları ilə strateji tərəfdaşlıqlarının uğurlu nümunəsidir və bankımız üçün əhəmiyyətli strateji önəm daşıyır. Bu razılaşma bankımızın beynəlxalq səviyyədə etibarlılığını göstərməklə yanaşı, yerli sahibkarların ixrac potensialına dəstəyimizi də ifadə edir. Məqsədimiz Azərbaycan şirkətlərinin yeni bazarlara çıxışını asanlaşdırmaq və sahibkarlığın inkişafına töhfə verməkdir. AKA Bank ilə bu ilk addımın uzunmüddətli əməkdaşlığa çevriləcəyinə inanırıq. Bu əməliyyatın reallaşmasında bizə dəstək göstərən Quantum International-a təşəkkür edirik.”

AKA Bank-ın CEO-su Mark Vengrzik əlavə edib:  “Unibank ilə əməkdaşlığımız bizim üçün strateji addımdır. Azərbaycan kimi inkişaf edən və perspektivli bir bazara daxil olmaqdan və bu prosesi Unibank kimi çevik və yerli bazara bağlı bir tərəfdaşla həyata keçirməkdən məmnunuq.”

Unibank KB haqqında:

“Unibank” KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.

Quantum International haqqında:

Quantum International investisiya idarəçiliyi və maliyyə məsləhətçiliyi üzrə fəaliyyət göstərən şirkətdir. Şirkət həm fərdi sərmayəçilərlə, həm də beynəlxalq şirkətlər, dövlət investisiya fondları, birbaşa sərmayə fondları və yüksək riskli investisiya fondları ilə əməkdaşlıq edir və müxtəlif sahələr üzrə beynəlxalq səviyyədə fəaliyyət göstərir. Quantum International bu razılaşmada maliyyə mexanizminin hazırlanması, danışıqlar prosesinə dəstək və beynəlxalq normalara uyğun icra mərhələsinin əlaqələndirilməsi funksiyalarını yerinə yetirib.

AKA Bank haqqında:

Frankfurtda (Almaniya) yerləşən AKA Ausfuhrkredit-Gesellschaft mbH 1952-ci ildən fəaliyyət göstərir, ixrac maliyyələşdirilməsi və risklərin idarə olunması üzrə ixtisaslaşıb. AKA Bank bankların və şirkətlərin xarici bazarlara maliyyə çıxışını dəstəkləyir və 70-dən çox ölkədə fəaliyyət göstərir. Son illərdə AKA Almaniyadan kənarda fəaliyyət sahəsini genişləndirərək, Avropa İxrac Kredit Agentlikləri ilə əməkdaşlığını gücləndirib və beynəlxalq bazarlarda iştirakını artırıb.

 

Unibank has attracted a €5 million loan from an esteemed German bank

Unibank is expanding its international financial cooperation by partnering with the renowned German financial institution, AKA Ausfuhrkredit-Gesellschaft mbH. As part of this collaboration, AKA has granted Unibank a €5 million credit line with a one-year term. Unibank was advised by Quantum International.

The loan funds will be utilized to finance international trade transactions for local companies, support export-oriented activities, promoting the growth of local entrepreneurship, and enhance the bank’s overall financial trade operations. Through this partnership with AKA Bank, Unibank will provide its customers with more competitive and accessible financing options.

Farid Abushov, Chairman of Management Board of Unibank CB, stated:
“Our partnership with AKA Bank is a successful example of Unibank’s strategic collaborations with international financial institutions, and it holds significant strategic importance for our bank. This agreement not only reflects our bank’s international credibility but also underscores our commitment to supporting the export potential of local entrepreneurs. Our goal is to assist Azerbaijani companies in accessing new markets and to further contribute to the development of entrepreneurship. We are confident that our first step with AKA Bank will evolve into a long-term partnership. We express our gratitude to Quantum International who advised us in securing this loan.”

Marck Wengrzik, CEO of AKA Bank, adds: “Our collaboration with Unibank is a strategic move for us. We are delighted to enter a developed and promising market like Azerbaijan and to carry out this process with a flexible and locally committed partner like Unibank.”

About Unibank CB:
Unibank CB OJSC is one of the leading commercial banks in Azerbaijan. The bank provides a wide range of banking services to both individual and corporate clients. Unibank is known for its projects in digital banking and support for entrepreneurship. The bank is open to international partnerships and creates new financial opportunities for local businesses by collaborating with foreign financial institutions.

About Quantum International:

Quantum International is an investment management and financial advisory firm, working with private investors, international corporations, sovereign wealth funds, private equity firms and hedge funds in many industries and is active internationally. Quantum International’s involvement encompassed deal structuring, negotiation support, and coordination with the borrower to ensure successful execution under international standards.

About AKA:
AKA Ausfuhrkredit-Gesellschaft mbH, based in Frankfurt (Germany) has been operating since 1952 and specializes in export financing and risk management. AKA Bank supports the financial access of banks and companies to foreign markets and operates in over 70 countries. In recent years, AKA Bank has expanded its activities beyond Germany, strengthening its collaboration with European Export Credit Agencies and increasing its presence in international markets.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)