Qarabağ

Zabuxa 145 ailə köçürüləcək

Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur.

ENA.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Zabuxda aparılan tikinti işləri barədə Azərbaycan Prezidentinə məlumat verərkən deyib.

Bildirildi ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə ilkin mərhələdə 223 ailə köçürüləcək.

Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Qeyd olundu ki, Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)