MALİYYƏ

Büdcədənkənar gəlirlər niyə aşağı olub? - SƏBƏBLƏR

Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri əvvəlki illərlə müqayisədə artsa da, təsərrüfat müqavilələri və bəzi xidmətlərdən daxilolmalar üzrə proqnoz tam yerinə yetirilməyib.

ENA.az Hesablama Palatasına istinadən xəbər verir ki, 2022-ci ildə dövlət büdcəsinin icrasına dair qanun layihəsində və illik hesabatda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların icra məbləği 804,1 mln. manat göstərilib. Bu da icra edilmiş cəmi dövlət büdcəsi gəlirlərinin 2,6%-nə bərabərdir.

Hesabat ilində büdcədənkənar gəlirlər artsa da, icra səviyyəsi proqnozla müqayisədə az - 96,4% təşkil edib.

“Hesablama Palatası tərəfindən aparılan təhlillər aşağı icranın əsasən təsərrüfat müqavilələrindən və bəzi xidmətlərlə bağlı (təhsil, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi orqanlarına aid olan təşkilatlar və sair xidmətlər) daxilolmaların tam yerinə yetirilməməsi ilə əlaqəli olduğunu deməyə imkan verir”, - rəydə deyilir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department