“Kapital Bank”ın İdarə Heyətinə daha bir təyinat
Ölkənin ən iri xidmət şəbəkəsinə sahib “Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Bankın səhmdarlarının qərarı ilə Fərid Hidayətzadə Səbuhi oğlu İdarə Heyətinin üzvü seçilib.
Paralel olaraq, 2018-ci ilin mayından təyin olunduğu Baş korporativ inzibatçısı vəzifəsində qalır.
4 may 2023-cü il tarixində “Kapital Bank“ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Səhmdarların qərarı ilə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri dəyişib. Hüseynov Fərid Arif oğlu İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor təyin edilib.
Buna qədər bu vəzifədə Allahverdiyev Rövşən Şamil oğlu idi. Səhmdarların digər qərarı ilə Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının (“BUSbank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12ş39 manat olan 21 456 820 səhm əsasında formalaşıb. Bankın əsas səhmdarı yenə də “PAŞA Holdinq” MMC-dir. Holdinqin payı 81.08 %-dir.