Məhkəmə-Hüquq Şurasında icra hakimiyyəti orqanları nümayəndələrinin sayı azaldılır
Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin sayı artırılır, icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılır.
Bu, “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davam etdirilməsini nəzərdə tutur.
Belə ki, layihə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi üçün hazırlanıb. Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, Şuranın hakim üzvlərinin sayının artırılması təklif edilir.
“Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.