Azərbaycan nefti yenidən ucuzlaşır
Dünya bazarlarında Azərbaycan nefti yenidən ucuzlaşmağa başlayıb.
ENA.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,99 ABŞ dolları, yaxud 2,47 % azalaraq 78,47 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.