Naxçıvanda daha bir qurum ləğv edildi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Prezidentin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamına əsasən isə Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb.