Bank

Dörd ayda bankların aktivləri azalıb

Bu ilin yan var-aprel ayları üzrə Azərbaycanın bank sisteminin cəmi aktivləri 45 milyard 582,7 milyon manat olub. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, apreldə bankların ümumi aktivləri mart ayı ilə müqayisədə 1,6% və ya 739,5 milyon manat artıb.

31 dekabr 2022-ci il tarixi ilə müqayisədə isə ötən dörd ayda bankların aktivləri 3,1% azalıb. Bu azalmada ən böyük pay sahibi isə Azərbaycan Beynəlxalq Bankıdır. 

Qeyd edək ki, ilin sonuna aktivlərin həcmi 47 milyard 54,9 milyon manat məbləğində olub. 

AMB-də müxbir hesablarda bank vəsaitləri 1,7 dəfə azalaraq  3 milyard 788,5 milyon manat təşkil edib. Kredit portfeli 20 milyard 379,6 milyon manatdır, bu isə aktivlərin 44,4 faizini təşkil edir. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)