Birja

Qlobal bazarlarda ABŞ-Çin gündəmi

ABŞ prezidenti Co Baydenin Çinlə əlaqələrin qısa zamanda yaxşılaşacağına dair açıqlamalarından ruhlanan qlobal bazarlar ABŞ-Çin cəbhəsindəki prosesləri yaxından izləyir. ENA.az xəbər verir ki, bazarlarda borc limiti ilə bağlı inkişaflar da gündəmin başında gəlir.
 

Wall Street indeksləri ötən həftə ərzində yüksəldi. Həftə ərzində S&P 500 1,7 faiz, Nasdaq 100 isə 3,47 faiz dəyər qazanıb.

Yeni ticarət gününün ilk hissəsində ABŞ fyuçers indeksləri bir qədər aşağı düşüb. Keçən həftə 0,8 faiz bahalaşan MSCI Asia Pacific Index bu səhər 0,67 faiz bahalaşıb.

Baydenin Çinlə münasibətlərin "qısa zamanda" yaxşılaşacağına inandığını bildirməsi yüksəlişdə təsirli olub. Yaponiyanın Nikkei 225 indeksi 0,50%, Hong Kong Hang Seng 1,30%, Çinin CSI 300 indeksi isə 0,4% bahalaşıb.

Bloomberg Dollar İndeksi keçən həftə 0.5% dəyər qazandıqdan sonra bu səhər bir qədər aşağı düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)