Yaşıllıqların uçot və kadastrının aparılması qaydasında dəyişiklik edilib
Nazirlər Kabineti “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nda dəyişiklik edilib.
“BI” xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədovtərəfindən imzalanıb.
Dəyişikliyə görə, fiziki və hüquqi şəxslərin yaşıllıqların kadastrı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları olacaq.