Qızılın qiyməti üç həftənin minimumuna yaxındır
Prezident Joe Biden və Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin ABŞ-ın borc limiti böhranı ilə bağlı nikbin açıqlamaları təhlükəsiz aktivlərin cəlbediciliyini zəiflətdiyi üçün qızılın qiyməti üç həftənin ən aşağı səviyyəsinə yaxınlaşıb.
Qiymətli metal əvvəlki iki seansdan 1,7 faiz ucuzlaşdıqdan sonra təxminən 1980 dollara düşüb. Spot qızılın unsiyası 178 dollara satılır.
ABŞ prezidenti Co Bayden danışıqlar aparanların defoltdan qaçmaq üçün razılığa gələcəyinə əmin olduğunu, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti isə razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.
Güclü dollar qızıla da təzyiq edir, istiqraz gəlirlərindəki artım isə faizsiz qiymətli metala mənfi təsir göstərir.