Birja

“Brent” neftinin ucuzlaşması davam edir

Dünya birjalarında “Brent” neftinin qiymətinin ucuzlaşması davam edir.

Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0,39% azalaraq, 1 barelə görə 76,66 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,41% azalaraq, 72,53 dollara bərabər olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)