Bakıda bu bina söküləcək - Sakinlərə 1000 manat kompensasiya verilir
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən yaşayış binası qəzalı vəziyyətdədir. Sakinlər binanın mövcud vəziyyətindən narahatdırlar.
ENA.az “XəzərXəbər”ə istinadən xəbər verir ki, Sakinlər bildirir ki, bu mənzil 2 ildir təmir olunub.
Onların sözlərinə görə, dəfərlərlə aidiyyəti qurumlara müraciət edilib, ancaq hələ də bir nəticə yoxdur.
Sabunçu Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, 1922-ci ildə inşa olunmuş ikimərtəbəli, 27 mənzilli bina qəzalıdır və istismar üçün təhlükəlidir.
Sakinlərinin köçürülməsi üçün Maliyyə Nazirliyi tərəfindən hər kvadratmetri üçün 1000 manat məbləğində vəsait ayrılıb. Ancaq sakinlər tərəfindən sənədsiz əlavə tikililər üçün kompensasiya ödənilməsi tələb olunduğundan onlarla qarşılıqlı razılıq əldə edilməsi mümkün olmayıb. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məktub göndərilib.
Qeyd edək ki, bina bu birliyin balansındadır.