Biznesmenlər ən çox hansı bankdan borc götürüblər? - TOP-5
Azərbaycandakı biznes kreditlərinin həcmi 10 milyard 972.6 milyon manatdır.
ENA.az xəbər verir ki, bunun 6 milyard 791 milyon manatı TOP-5 bankın payına düşür.
Bu isə o deməkdir ki, ümumi portfelin 62 faizi beş bankdadır. Ən böyük biznes krediti portfeli isə Paşa Bankdadır – 2 milyard 369 milyon manat. Ölkənin ən iri korporativ bankı kimi tanınan Paşa Bank-ın bu kateqoriyadakı biznes kreditlərində isə ticarət üzrə kreditlər öndədir.
Digər liderlərin sıralaması isə belədir: ABB (1 milyard 574 milyon), Xalq Bank (1,227 milyard), Kapital Bank (948 milyon), AccessBank (674 milyon).