Yelo Bank ehtiyatlardan 3 milyonu niyə çıxarıb?
TOP menecmentdəki ciddi kadr dəyişikliklərindən sonra Yelo Bank korporativ layihələri və portfellərin idarəedilməsi üzrə yeni yanaşma metodları ilə toksik aktivlərini azaltmağa başlayıb. Qeyd edək ki, bu problemli kreditlər Nikoyl Bank adı ilə fəaliyyət göstərdiyi dövrdə toplanmışdı.
ENA.az xəbər verir ki, Yelo Bank bu ilin yanvar-mart ayları ərzində mümkün zərərlər üçün yaratdığı ehtiyatlardan 3 milyon 421 min manatı geri çəkib. Bu isə o halda baş verir ki, ya bankın kredit portfeli azalır, ya da kredit portfelinin keyfiyyəti yaxşılaşır. Göstəriciləri təhlil etsək görərik ki, 2023-cü ilin yanvar-mart aylarında Bankın kredit portfeli 18 milyon manat və ya 3% artıb. Demək ki, ehtiyatlardan çıxartma bankın kredit portfelinin keyfiyyətinin yaxşılaşması ilə bağlıdır.