Bank

Bank Melli İran və Muğanbank – Kredit portfelində ən çox azalmalar daha hansı banklardadır?

Bu ilin yanvar-mart ayları üzrə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi artsa da, İranın Azərbaycandakı bankının kredit portfelində azalma müşahidə edilir.

ENA.az xəbər verir ki, bu bankın ticarət iştirakçılarına dövriyyə vəsaiti kimi verdiyi kreditlər portfeldə üstünlük təşkil etdiyindən azalma maraq doğurub.

Ümumilikdə isə Azərbaycanda fəaliyyət göstərən 7 bankın kredit portfeli azalıb. Faiz nisbəti baxımından ən çox azalma Bank Melli İran Bankı-da qeydə alınsa da, məbləğ cəhətdən Muğanbank-da daha böyük kiçilmə qeydə alınıb. Belə ki, Bank Melli İran 11% mənfi nisbi dinamika göstərsə də, mütləq şəkildə portfelin azalması 1 milyon manat təşkil edib. Lakin Muğanbank 7%-lik mənfi nisbi dinamika göstərib, kredit portfeli isə 30 milyon manat həcmində kiçilib.

Digər banklar üzrə kredit portfelinin mütləq mənfi dinamika belədir: AFB bank 4 milyon,  Azərbaycan Sənaye Bankı 3 milyon 49 min, Günay Bank 2 milyon 85 min, YapıKredi Bank Azərbaycan 1 milyon 70 min, Bank BTB 1 milyon 46 min manat.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)