HI-TECH

Apple istifadəçilərinin diqqətinə - Çoxdan gözlənilən funksiya gəldi

Whatsapp-ın iOS versiyasına çoxdan gözlənilən funksiyalardan biri sonunda əlavə edildi. Əgər əvvəllər Apple telefonlarından mesajların bir cihazdan başqasına köçürmək üçün mütləq iCloud-dan istifadə etmək lazım idisə, indi isə buna ehtiyac yoxdur. 

Qeyd edək ki, iCloud-un pulsuz versiyasında yaddaş həcminin az olması səbəbilə bu, istifadəçilər üçün müəyyən problemlər yaradırdı. iCloud-un pulsuz versiyasında yalnız 5 GB yaddaş həcmi təklif edilir. Bu isə bütün tətbiqlər ilə məlumatların ehtiyat kopyalarını yaratmağa kifayət etmirdi.

Hazırda bu yeni funksiya Whatsapp-ın iOS üçün nəzərdə tutulmuş son beta versiyasında məhdud sayda istifadəçidə aktivləşdirilib. Funksiyanın messencerin stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)