Bank

"Doing Business" hesabatı "Business Ready" hesabatı ilə əvəz ediləcək

Dünya Bankı Qrupu "Business Ready" (B-Ready) layihəsinə start verir.

Bu barədə Bankın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Yeni hesabat dərci dayandırılmış "Doing Business" hesabatını əvəz edəcək, ölkələrin biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslı yanaşmanı təmin edəcək. 2024-cü ilin yazında dərc olunacaq ilk buraxılışında "Business Ready" hesabatı 54 iqtisadiyyatı əhatə edəcək.

Növbəti 3 il ərzində hesabata 180 ölkənin daxil edilməsi nəzərdə tutulur.

"Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)