Vaşinqtonda üçtərəfli görüş BAŞLADI
Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.
ENA.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə baş tutur.
Görüşdə Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.