Putin dost ölkələri "qiymət tavanı" çərçivəsindən çıxardı
Rusiya prezidenti Vladimir Putin imzaladığı fərmanla dost ölkələri neft və neft məhsullarının "tavan qiymət"dən aşağı tədarükünə qoyulan qadağanın əhatə dairəsindən çıxarıb.
Bununla bağlı fərman ölkə mətbuatında dərc olunub.
Bu gündən etibarən qüvvəyə mindiyi bildirilən fərmana əsasən, dost ölkələr Rusiyanın tavan qiymət tətbiqi çərçivəsindən çıxarılıb.
Putinin dekabrın 27-də imzaladığı fərmanla Rusiya neftinə tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışı qadağan edilib.
2022-ci ilin dekabrında Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.
Çin və Hindistan başda olmaqla Rusiya neftini almağa davam edən bir çox ölkə, mümkün sanksiya risklərinə işarə edərək, Rusiyadan endirimlər tələb edir.