Vakansiyalar

Resant Group işçi axtarır - MAAŞ 2500-3500 AZN

İnsan Resursları üzrə Baş Mütəxəssis

 Son tarix 28 may 2023

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
  • Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
  • Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
  • Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi
  • Cəmiyyətin işə qəbul və seçim proseslərinin idarə edilməsi və nəzarəti (iş elanlarının hazırlanması və müvafiq saytlarda yerləşdirilməsi, namizədlərin müəyyən edilməsi, müsahibənin aparılması);
  • Namizədin iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı və adaptasiya prosesinə dəstəyin göstərilməsi;
  • Vəzifə təlimatlarının tərtib olunması;

Tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür)
  • İşə qəbul üzrə təsdiq olunmuş iş təcrübəsi;
  • Azərbaycan dili- əla (həm şifahi, həm yazılı), rus dili-yaxşı, ingilis dili-yaxşı
  • AR Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməli
  • MS Office proqramlarını bilməli
  • Yüksək kommunikasiya bacarıqları, effektiv danışıqlar, işgüzar əlaqələrin qurulması bacarığı
  • Əmək haqqı: 2500-3500 AZN

Maraqlanan namizədlər öz CV-lərini hr@resantgroup.az email ünvanına “İnsan resursları üzrə baş mütəxəssis“ yazaraq göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department