Qriqoryan: "Ermənistan Laçın yoluna missiya göndərilməsini istəyir"
"İrəvan Ermənistanda avropalı müşahidəçilərin imkanlarını genişləndirməyi təklif edir".
ENA.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, hazırda Ermənistan hakimiyyəti Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir.
"Ermənistan sərhədində hazırkı missiyanın iştirakçılarının sayı kifayət qədər deyil. Biz tərəfdaşlara müşahidəçilərin daha səmərəli işləməsi üçün digər imkanları genişləndirməyi təklif edirik. Paris Laçın dəhlizi məsələsinin həllinə böyük maraq göstərir", - deyə TŞ katibi söyləyib.
Qriqoryan bəyan edib ki, Fransa Ermənistana ölkənin təhlükəsizliyi ilə bağlı problemlərin həllində və Qarabağ məsələsində kömək edə bilər.