Gündəm

Prezident türkiyəli atletləri təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Türkiyə idmançılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ENA.az xəbər verir ki, sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Cansu Bektaş

Qamze Altun

Nuray Güngör.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department