Sənaye

Azərbaycanda "Bayraktar" istehsal ediləcək

Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında ölkəmizdə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair niyyət protokolu imzalanıb.

ENA.az xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Saziş “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov tərəfindən imzalanıb.

Detallar hələlik açıqlanmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)