Nazir: “ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlara qayıdıb, biz bu prosesdə iştirak edəcəyik”
![](https://ena.az/uploads/news/2023-04/_ena_c5c35de51f08a4089884cda04_o.jpg)
“Biz sülh prosesinə inanmasaydıq, bunun təşəbbüskarı olmazdıq”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan sülh istiqamətində addımlar atıb: “Biz ABŞ-a öz təşəkkürümüzü bildiririk. ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlar prosesinə qayıtdığını açıqlayıb. Biz bu prosesdə iştirak edəcəyik. Sülh prosesinin irəli aparılması üçün əlimizdən gələni edəcəyik”.