Gündəm

Türkiyə daha bir pilotsuz döyüş təyyarəsi hazırladı

Türkiyədə "KızılElma"dan sonra daha bir pilotsuz döyüş təyyarəsi hazırlanıb.

ENA.az xəbər verir ki, aviasiya sahəsində ixtisaslaşan TUSAŞ şirkəti "Anka-3" adlı pilotsuz döyüş təyyarəsini ictimaiyyətə təqdim edib.

Təyyarənin istehsalına ötən ilin fevral ayında başlanılıb. Bu gün pilotsuz təyyarə ilk dəfə uçuş-enmə zolağına çıxarılıb.

"Anka-3" ağır silahlar daşıya və hədəflərini dəqiqliklə məhv edə biləcək. Şirkət rəsmiləri pilotsuz təyyarənin tezliklə sınaqlara başlayacağını bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)