Bank

Azərbaycan kart ödənişlərinin artım tempinə görə dünyada ən üst sıralardadır

Son 5 ildə Azərbaycanda kart ödənişləri ilə bağlı məişət istehlakına aid ödənişlərin xüsusi çəkisi 5% -dən 25% -ə qalxıb.

ENA.az xəbər verir ki, Beynəlxalq ödəniş sistemi Mastercard tərəfindən yayımlanan məlumata görə, bu dövr ərzində kart ödənişlərinin artım tempi nəzərə alınaraq, Azərbaycanın bu sahədə dünyada ən yüksək sıralara yüksəlib. Bu inkişafda əsas rolu bank ekosistemində fiziki şəxslərin sayının sürətlə artması oynayıb. Bu da son 5 ildə ölkə üzrə kart sayının iki dəfə artmasına səbəb olub. Bundan başqa, banklar tərəfindən təqdim edilən mükafat proqramlarının tətbiqi və ölkə üzrə kart qəbulu məntəqələrinin sayının artması, kart əməliyyatlarında nağdlaşdırmanın azalmasına səbəb olub.

Həmçinin, elektron ticarətin artması və xüsusilə pandemiya dövründə nağd puldan istifadənin məhdudlaşması, istehlakçıları bank kartlarının istifadəsinə sövq etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department