AccessBank qadın sahibkarlar üçün ödənişsiz proqrama yenidən start verir
®Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın sahibkarlar üçün biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlim proqramına yenidən başlayır. AccessBank-ın bu təşəbbüsü Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir və mikro, kiçik və orta biznesləri idarə edən sahibkar xanımları dəstəkləmək məqsədi daşıyır.
Proqram haqqında: Proqram nəzəri və praktiki təlimlərdən ibarətdir və biznes təcrübəsi olan xanımlar üçün nəzərdə tutulub. Biznesin əsas elementlərini əhatə edən proqram iştirakçılar və təlimçilər arasında effektiv kommunikasiya üçün platforma rolunda çıxış edir.
İştirakçılar proqramdan nə əldə edəcəklər: Proqram sahibkarlara nəzəri biliklərlə yanaşı, biznes fəaliyyətlərində praktiki olaraq istifadə edəcəkləri bilik və bacarıqlar da təqdim edəcək. Təlim proqramı sayəsində iştirakçılar bizneslərinin inkişafı üçün fəaliyyət planı qura biləcəklər. Bundan əlavə, proqramın iştirakçıları bizneslərinin gələcək inkişafı üçün AccessBank-dan xüsusi təkliflər əldə edəcəklər.
Sessiya mövzuları: Sessiyalar biznesin strateji inkişafı, dövlət qurumlarına hesabatların verilməsi, satış və marketinq (o cümlədən rəqəmsal marketinq), elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edəcək.
Tarixlər: Təlimlər 6 həftə, hər həftənin cümə və şənbə günləri keçiriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq.
Tələblər: Proqrama ən azı son 6 ay ərzində rəsmi biznes fəaliyyəti olan, mikro, kiçik və orta biznes idarə edən istənilən sahibkar xanım qatıla bilər.
İştirak üçün müraciət: Proqramda iştirak üçün mütləq şəkildə qeydiyyatdan keçmək lazımdır: https://forms.office.com/r/PAueusRp6d
Müraciət üçün son tarix: 03.05.2023
Proqramla bağlı suallarınızı Sarvinaz.Alakbarova@accessbank.az elektron ünvanına yaza bilərsiniz.