Gündəm

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoruna yeni müavin təyin edilib.

Bu vəzifə Fariz Cəfərova həvalə edilib.

F.Cəfərov bundan öncə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru olub.

Qeyd edək ki, dövlət başçısının 2022-ci ilin noyabrın 24-də elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin ona qoşulması formasında yenidən təşkil edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)