Gündəm

İsti su sayğaclarının quraşdırılmasına başlanıldı

Azərbaycanda istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlanılıb.

ENA.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev məlumat verib.

O bildirib ki, ilkin olaraq 60 istilik sayğacının satınalınması prosesi yekunlaşdırılıb və pilot layihə çərçivəsində qeyri-əhali abonentləri üçün quraşdırılır.

İlham Mirzəyev sayğaclarının quraşdırılmasının istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə edildiyini deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)