SOCAR-ın törəmə şirkətinin rəhbəri dəyişdi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkətinin rəhbəri dəyişib.
ENA.az xəbər verir ki, Emin Babayev Cəmaləddin oğlu “SOCAR UPSTREAM Management İnternational” MMC-nin icraçı direktoru təyin edilib. O, bu vəzifədə Şaiq Bəkirov Xanbaba oğlunu əvəz edib.
Emin Babayev bundan öncə BP, “Chevron” və “Umid Babek Operating Compnay”də çalışıb.
Xatırladaq ki, “SOCAR UPSTREAM Management İnternational” MMC 2014-cü ildə yaradılıb və 678 150 manat nizamnamə kapitalı mövcuddur.