Neft bahalaşmağa başlayıb - QİYMƏT

Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,43 dollar və ya 0,79% artaraq 54,66 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,61 dollar və ya 0,99% artaraq 62,26 dollar təşkil edib.