Bank

Azərbaycanda kredit kartları alanlar daha çoxdur

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı fevral ayının sonunda ötən aya nəzərən 166 min ədəd artaraq 13 milyon 654 min ədəd olub.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.4% çoxdur. Ödəniş kartlarında artım debet kartları üzrə 16.9%, kredit kartları üzrə 28.7% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 118 min, kredit kartları 420 min, digər kartlar isə 1.5 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb. 2023-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2877 mln. manat olub və bu ödənişlərin 2252 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 621 mln. manatı POS-terminallar, 2.9 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 50.9%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)