Bank

Banklardan pulu nə çox kim götürüb: biznesmenlər, yoxsa əhali?

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda bankların ipoteka və istehlak kreditləri portfeli artıb, biznes kreditləri portfeli isə azalıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 28 fevral 2023-cü il tarixinə bankların kredit portfeli 19 milyard 757,4 milyon manatdır və bu 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0,8% çoxdur.

2023-cü ilin yanvar-fevral aylarında bankların biznes kreditləri portfeli 0,2% azalaraq 10 milyard 835,6 milyon manata düşüb. Bu, bütün kredit portfelinin 54,8%-i deməkdir. Fevralda portfel 10 milyon manat azalıb.

Yanvar-fevral aylarında bankların istehlak kreditləri portfeli 1,9% artaraq 5 milyard 863,6 milyon manata çatıb və ümumi portfeldə xüsusi çəkisi 29,7%-dir. Fevralda portfel 51,7 milyon manat artıb.

Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 2,4% böyüyərək 3 milyard 3058,2 milyon manat olub. Bu, bankların bütün kredit portfelinin 15,5%-i deməkdir. Fevralda portfel 46 milyon manat artıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)