Yeni yaradılan Agentliyə sədr təyin edildi
![](https://ena.az/uploads/news/2023-03/_ena_bb02e6207aa879a016cdb890d_o.jpg)
Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Eləcə də oxu: Prezidentin yüksək vəzifə verdiyi Zaur Mikayılov kimdir?
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.