Bu maşınların Azərbaycana gətirilməsi qadağan edildi
Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Eləcə də bax: Azərbaycanda bu avtomobillər bahalaşacaq – AÇIQLAMA
ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.