XİN başçısı: “İsrail və Azərbaycan İranın təhdidini bölüşür”
İran regional təhdiddir.
Bunu İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı ilə görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, – nazir qeyd edib.