Gündəm

Putin bu ölkələrdən birinə səfər etsə həbs olunacaq - SİYAHI

Haaqa məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinlə bağlı həbs qərarı geniş müzakirələrə səbəb olub.

ENA.az xəbər verir ki, Rusiya tərəfi beynəlxalq məhkəmənin qərarının hüquqi əsasının olmadığını bildirib.

Beynəlxalq Cinayət Məhkəməsindən bildirilib ki, Putin ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə ittiham olunur.

Almaniyanın ədliyyə naziri Marko Buşman isə deyib ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya liderinin həbsi ilə bağlı tezliklə İnterpola müraciət edəcək. Onun sözlərinə görə, Putin Almaniyaya səfər etsə, bu ölkənin müvafiq qurumu onu həbs etməyə məcbur olacaq.

Xarici mediada yer alan xəbərlərə əsasən, Roma Statutuna imza atan 123 ölkə Putinin həbsi ilə bağlı qərarı icra etmək məcburiyyətindədir. Belə ki, Rusiya Prezidenti beynəlxalq sənədə qoşulan 123 ölkədən birinə səfər edərsə, həmin ərazidə məsuliyyətə cəlb olunacaq.

Həmin ölkələrin 33-ü Afrikada, 19-u Asiya-Pasifikdə, 18-i Şərqi Avropada, 28-i Latın Amerika ve Karibdə, 25-i isə Qərbi Avropada yerləşir.

Qərara əsasən, Putin 123 ölkədən hansına getsə, yaxud təyyarə ilə sözügedən ölkələrin hava məkanına daxil olarsa, həbs edilməlidir.

Vladimir Putinin həbs edilə biləcəyi ölkələrdən bəzilərinin adlarını təqdim edirik:

 

Əfqanıstan

Albaniya

Almaniya

Andorra

Antiqua ve Barbuda

Argentina

Avstraliya

Avstriya

Banqladeş

Barbados

Beliz

Benin

Boliviya

Bosniya və Herseqovina

Botsvana

Braziliya

Bolqarıstan

Burkina Faso

Belçika

Kamboca

Kanada

Çad

Çili

Cənubi Kipr

Kolumbiya

Komor adaları

Cənubi Koreya

Kot-d'İvuar

Kosta Rika

Xorvatiya

Danimarka

Dominika

Ekvador

Salvador

Slovakiya

Sloveniya

İspaniya

Estoniya

Finlandiya

Fici

Fransa

Qabon

Qambiya

Gürcüstan

Qana

Qrenada

Yunanıstan

Qvatemala

Qvineya

Qayana

Honduras

Macarıstan

İrlandiya

Kuk adaları

Marşall adaları

İtaliya

Yaponiya

İordaniya

Keniya

Kiribati

Lesoto

Latviya

Liberiya

Lixteynşteyn

Litva

Lüksemburq

Şimali Makedoniya

Madaqaskar

Malavi

Maldiv

Malta

Mavriki

Moldova

Monqolustan

Monteneqro

Meksika

Namibiya

Nauru

Nigeriya

Norveç

Yeni Zelandiya

Niger

Fələstin

Panama

Paraqvay

Niderland

Peru

Polşa

Portuqaliya

Böyük Britaniya

Mərkəzi Afrika Respublikası

Çexiya

Konqo Respublikası

Konqo Demokratik Respublikası

Dominikan Respublikası

Rumıniya

Samoa

Sent Kits ve Nevis

San Marino

Sent Vinsent ve Qrenadin

Sent Lusiya

Seneqal

Serbiya

Seyşel adaları

Syerra Leone

İsveç

İsveçrə

Surinam

Tanzaniya

Tacikistan

Şərqi Timor

Trinidad və Tobaqo

Tunis

Uqanda

Uruqvay

Vanuatu

Venesuela

Cibuti

Zambiya

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)